İşğal altında olan mədəni irsimiz - ƏSKİPARA ABİDƏLƏRİ


No description available.

Qocayeva Rəna Fərhad qızı
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

(əvvəli BU LİNKDƏ )

Kənddə yerləşən dahabir yerli əhəmiyyətli memarlıq abidəsi nümunəsi isə türbədir. Dairəvi formada olan bu türbə kəndin qəbiristanlığında yerləşir. Türbənin İçərisində şəxsiyyətləri bəlli olmayan iki qəbir vardır. Məzarların üzərində isə ərəb əlifbası ilə müxtəlif yazılar var.

Yuxarı əskiparada yerləşən ölkə üçün xüsusi əhəmiyyət daşıyan digər mədəni irs nümunələri isə körpülərdir.XII-XIII əsrlərə aid olan yerli əhəmiyyətli memarlıq abidəsi Qatır körpüsü Yuxarı Əskipara kəndinin mərkəzindən 1 km qərbdə yerləşir. Bir tağlı olan bu körpü Coğaz çayının üzərindədir. Çal əhəngdən hazırlanan bu körpünün uzunluğu təxminən 12 metr, eni 2,5 metrdir.Digər yerli əhəmiyyətli memarlıq abidəsi isə Qızılhacılı körpüsüdür. Bir tağlı olan bu körpü Yuxarı Əskipara ilə Aşağı Əskipara kəndlərinin arasındadır.Yerli əhəmiyyətli memarlıq abidələri sırasında Yuxarı Əskipara kəndində kiçik dağ çayının üzərində yerləşən Kazım körpüsü də vardır. Bir aşırımlı olan bu körpünün uzunluğu 3,4 metr, mərkəzi hissəsinin eni 5,8 metr, ümumi hündürlüyü isə 5 metr təşkil edir. Aşırımın ümumi görünüşü isə yarımçevrə şəklindədir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Habelə, körpünün keçid hissəsinin üst örtüyü torpaqdır.

Kənddə yerləşən digər körpü isə Qulucanlı körpüsüdür. Körpü yerli əhəmiyyətli memarlıq abidəsidir. Qulucanlı körpüsü Qazançı dağının ətəyində Qulucanlı adlanan ərazidə yerləşmişdir. Çox da böyük olmayan körpü dairəvi formada olub əhəng qum qarışığı ilə hörülmüşdür. Körpünün uzunluğu 3-4 metr, dərənin içindən hündürlüyü 3.5 metr olmuşdur. Bir hissəsi dağıntıya məruz qalsa da, təxminən 1,5-2 metr hissəsi salamat qalmışdır. Yuxarı Əskipara kəndi işğal olunana qədər kənd əhalisi bu körpüdən istifadə edirdi. Körpünün əhəng qarışığı ilə hörülmüş divar hissəsindən saxsı boru vasitəsilə daim bulaq suyu axırdı. Deyilənlərə görə Qulucanlıkörpüsü Xalxal şəhərinə gedən karvan yolunun üzərində tikilmişdir.

No description available.

Yuxarı Əskipara kəndində, Coğaz çayının sahilində, karvan yolu ağzında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam qalıqlarından da danışmaq lazımdır. Həmin ərazidə təxminən 3 hamanmövcud olmuşdur. Onlardan ikisi tamamilə uçub və günümüzə çatmamışdır. Digər birinin isə yarım hissəsi qalmışdır. Hamam uzunluğu 10 metr, eni 5 metr olmaqla iki otaqdan ibarət olmuşdur. Biri ümumi hamam, o biri hissədə isə hörükdən 10-a qədər vanna olmuşdur. Burada həmçinin, balaca su hovuzu da olmuşdur. Həmin hovuza xüsusi pilləkənlərlə aşağı düşülür. Saxsı turbalar vasitəsilə gələn və hovuza tökülən sudan müalicəvasitəsilə istifadə edilirmiş. Coğaz çayının sahilində 7 su dəyirmanının qalıqları hələ də durmaqdadır. Bu dəyirmanlardan biri Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol sahilində yerləşir. Dəyirman mənfur düşmənlərimiz olan ermənilərin işğalınadək fəaliyyət göstərmişdir.

Əskipara kəndində memarlıq abidələri ilə yanaşı həmçinin, arxeoıojimədəni irs nümunələrinə də rast gəlmək mümkündür. Belə arxeoloji abidələrdən Bu şəhərgah qədim Xalxal şəhərinin qalıqları hesab edilir. Yuxarı Əskipara kəndindəki evlərin əksəriyyəti qədim yaşayış tikililərinin üzərindədir. Bu ərazidə yerləşən Alban yazıları olan qəbir daşlarının SSRİ dövründə ermənilər tərəfindən daşınaraq aparmaları da söylənilir. Abidə tədqiq olunmamışdır.

Azərbaycan Respublikasının tarixi ərazisi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənmişdir. Sirr deyil ki, düşmən ordusu işğala məruz qalan Azərbaycan torpaqlarında daşı daş üstündə qoymamışdır. Təbii ki, düşmən ordusu bu torpaqları tamamilə tərk etdikdən sonra bütün ərazilərdəki mədəni irs nümunələri qeydə alınacaq və bununla bağlı xüsusi tədbirlər görüləcək.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı Sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti - quruculuq işləri bu gün uğurla davam etdirilir. Tədricən bu işlər Qarabağın indi ermənilər yaşayan ərazilərini də əhatə edəcək və həmin rayonlarda da əsil insan həyatının bərpası üçün lazımi tədbirlərin görüləcəyi şübhəsizdir.

Hal-hazırdaazadedilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edir. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin əsas məqsədini isə abidələrin mühafizəsi, abidələrin tədqiqatları, abidələrin turizm məqsədi ilə istifadəsi təşkil edir. Təbii ki, bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir. Şübhəsiz ki, Qarabağla yanaşı Qazağın işğal altında olan kəndlərindəki mədəni irsimiz də diqqətdən kənar qalmayacaq. Ümid varıq ki, yaxın zamanda Əksipara kəndində olan tarixi irs nümunələrimiz yenidən tədqiq edilərək öz tarixi yerini tapacaqdır.

Azərbaycan Respublikası beynəlxalq təcrübəyə istinadən öz maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi qayğısına qalmaqla, habelə dünya dövlətlərinin müharibədən sonrakı muzey təcrübəsindən faydalanmaqla, bu irsin qorunması, təbliği və istifadəsi qayğısına qalacaqdır. Bu , həm də işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası, istifadəsi və turizmə açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edəcəkdir.

MEDİA Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ