İşğal altında olan mədəni irsimiz - ƏSKİPARA ABİDƏLƏRİ


No description available.

Qocayeva Rəna Fərhad qızı
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Müharibələr tarixi bəşəriyyət tarixi ilə sıx bağlıdır. Təəssüf ki, müharibə tarixdə nadir hadisələrdən olmasa da, yaddaşlarda bir dövlətin və millətin həyatında ən travmatik təcrübələrdən biri olaraq qalır. Bəşəriyyətin mədəniyyətə həyati zərurət kimi yanaşması, xüsusilə, mədəni-tarixi proseslərin tarixi rolunun dərki, mədəni irsi və bu irsi qoruyub saxlayan, gələcək nəsillərə ötürən, tədqiqi və təbliğini həyata keçirən muzeylərin saxlanılması işinin sistematik öyrənilməsini daha da vacib edir.

Hər hansı bir xalqa məxsus olan maddi mədəniyyətabidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına mədəni soyqırım deyilir. Mədəni soyqırımda memarlıq abidələri daha çox vandallığa məruz qalır.Sirr deyil ki,mədəni irsin itirilməsinin əsas səbəblərindən biri də hərbi münaqişələr zamanı talançılıq və mənimsəmədir. Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 28 ildir Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv etmiş və dəyişdirmişdir. İşğalçı qüvvələr Azərbaycan mədəniyyətinə aid yüz minlərlə mədəni əşyanı və muzey eksponatını qarət etmişdir. Bütün bunlar, müxtəlif ölkələrdəki şəxsi kolleksiyalar da daxil olmaqla, qanunsuz olaraq ixrac edilib və satılıb.

No description available.

Qeyd etmək lazımdır ki, bu mədəni soyqırım nəticəsində 22 muzey və muzey filialı, həmçinin yüz mindən çox muzey eksponatı erməni vandalizminin qurbanına çevrilmişdir. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir. Xüsusilə, diqqətə çatdırmaq lazımdır ki, 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağıdılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. Lakin heç bir beynəlxalq hüquq tanımayan ermənilər Haaqa konversiyasınada məhəl qoymamışdırlar. İşğal müddətində 1700 tarix və memarlıq abidələrini erməniləşdirdilər, təqribən 1300 abidəni dağıdaraq yerlə yeksan etdilər.

Mənfur düşmənimiz Qafqaz Albaniyasına məxsus məbədləri erməniləşdirib qriqoryanlaşdırdıqları halda müsəlman dini kimliyinə aid olan abidələri, o cümlədən digər mədəniyyət nümunələrini dağıdılmaqla yanaşı, həm də təhqir ediblər. Məscidlərdə mal-qara və digər heyvanları saxlayıblar. 20 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu tərəfindən azad edilən Zəngilan rayonundaki məscidin taheyi heç də digərlərindən geri qalmır. Daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuz saxlanılılması erməni vandalizminin bir nümunəsidir.Bu barbarlıq təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

Oğurlanmış mədəni əşyaların qanunsuz olaraq xaricə çıxarılması kimi faktlar hərbi təcavüz zamanı əraziləri işğal olunmuş bütün ölkələrdə baş verir. Bunun dayandırılması və oğurlanan mədəni sərvətləri həqiqi sahiblərinə qaytarılması üçün beynəlxalq ictimaiyyət səylərini artırmalıdır. 1995-ci il UNIDROIT Konvensiyası bu və ya digər səbəblə xüsusi kolleksiyalarda, sənət bazarlarında və auksionlarda yerləşdirilən oğurlanmış mədəni obyektlərin müəyyən edilməsində əvəzsiz rol oynaya bilər.

Əfsuslar olsun ki, Qarabağla yanaşı Azərbaycanın digər dilbər güşələrindən biri olan Qazax rayonunun 7 kəndi də erməni vandalizminin qurbanı olmuşdur."Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun "Yuxarı Əskipara" filialı ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, bu gün həmin abidələr və yerləşdiyi filial düşmən tapdağı altındadır.

No description available.

Əskipara kəndində yerləşən mədəni irs nümunələrimizdən biri Qafqaz Albaniyasının mədəni irsinə aid olan dördkünc planda inşa edilmiş möhtəşəm görünüşə malik məbəddir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu deməyə əsas verir.Məbədin özəlliklərindən biri isə meşədə, əlçatmaz dağlıq yerdə yerləşməsidir.Bu kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər isə kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Aşağı Əskipara kəndinin ərazisində yerləşən aid olduğu tarix məlum olmayan digər abidə isə kilsədir. Yaşlı kənd sakinlərinin dediklərinə görə bu kilsə albanlara məxsus olmuşdur. Albanların qəbiristanlığı isə kilsə yalı deyilən təpənin ətəyində yerləşir. Kilsə həmin təpənin cənub ətəyində tikilmişdir.Adına "Dördkünc qala" da deyilən və digər abidələrə nisbətən az da olsa salamat qalan digər abidə isə qüllədir. Vaxtıilə gözətçixana kimi istifadə edilmiş bu çoxmərtəbəli qala coğaz çayının sahilində yerləşir. Pəncərələrin forması, qüllənin müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri də bir daha təsdiq edir ki, qüllə gözətçixana kimi istifadə edilmişdir. Kvadrat şəklində olan qalanın uzunluğu 8 metr, hündürlüyü isə 21 metr təşkil edir. Qalanın tikintisində çay daşından istifadə olunmuşdur. Bununla yanaşı, bişmiş qırmızı kərpicdən kəmər-naxışları vardır. Qalanın mərtəbələr arası bağı isə ağacdan hazırlanmışdır. Habelə, qalanın həyətində vaxtilə köməkçi binalar da olmuşdur. Beşmərtəbəli bu esrarəngiz qalanın əffssuslar olsun ki, yuxarı hissəsi dağılmışdır. Mərtəbələr arası əlaqə isə pilləkənlərlə əlaqələndirilmişdir. Hər mərtəbə mazğallarla təchiz edilmişdir. Bu mazğallar döşəmənin üstündən 1,3 metr hündürlükdə düzəldilmişdir. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus xüsusi inşaat üslubunda ucaldılmışdır. Bu qalaya oxşar eyni üslubda tikilmiş gözətçi bürclərinə Ağstafa rayonu ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində, Zaqatala və Baləkən rayonlarında da rast gəlmək mümkündür. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir. Qülləni "Qalakənd qalası" qala divarından 3 km-lik yol ayırır. Qala sahəsi uzunluğu 2 km.-ə çatan böyük yonulmamış daşdan hörülmüş iki qat divarla əhatələnmişdir.

Yuxarı Əskiparada yerləşən digər mühim qala isə Koroğlu qalasıdır.Qalakənddən təqribən 4-5 km şimalda hündür sıldırım qayalıqların üzərində yerləşir. Qala çal daşından və əhəng qarışıq qumla hörülmüşdür. Gözəl memarlıq üslubuna malik olan bu qala çox da böyük olmamışdır. Aparılan araşdırmalar göstərir ki, qalaya gediş-gəliş şimal tərəfdən daha əlverişli olmuşdur. Qalanın ətrafında bəzi tikili yerlər isə hələ də durmaqdadır. Fərziyyələrə görə qala Xalxal şəhərinin yadelli işğalçıların hücumlarından qorunması üçün keşikçi məntəqəsi kimi istifadə olunmuşdur.

(ardı var)

MEDİA Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ