Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında Türkdilli Ölkələrin Şahmat İttifaqının yaradılması qəbul edilib.
Turkustan.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə Şahmat Federasiyasının (TSF) açıqlamasında bu barədə qeyd olunub.
Bildirilir ki, 45-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası keçirilib.
TSF-nin FİDE-yə göndərdiyi məktubla birliyin yaradılması təklifi ümumi yığıncağın gündəliyinə daxil edilib.
Türkdilli Ölkələrin Şahmat İttifaqının üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ibarətdir. (modern.az)