İstanbulda “Türk Dövlətlərinin iqtisadi gücü və Türk ticarət sərgisinin gətirəcəyi fürsətlər” mövzusunda tədbir keçirildi


Dünən Türkiyənin İstanbul şəhərində Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyinin ev sahibliyində “Türk Dövlətlərinin iqtisadi gücü və Türk ticarət sərgisinin gətirəcəyi fürsətlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan dərnək rəhbəri Rafet Ulutürk bildirdi ki: “ Birlikdə bir güc, bir bütün olmaq və bunu bütün dünyaya çatdırmaq üçün buradayıq. Bu birlik keçmişdən gələn güclü ortaq bağlarımızın və gələcəyə olan böyük hədəflərimizin bir simvoludur. Bu sərginin Türk Dövlətləri arasında körpülər qurmaq, iş insanları arasında yeni imkanlar yaratmaq və qalıcı iç birliklərinin təməlini atmaq üçün önəmli fürsət olacağına inanıram”. Daha sonra çıxış edən İstanbul Ticarət Universitetinin rektoru, professor Əbdülhəmid Afşar çıxışında vurğuladi ki: “İlk öncə Türk Dünyası sərgisinin keçirilməsinin çox önəmli və ən təməl ehtiyaclardan biri olduğunu bildirmək istəyirəm. Kapitalizmin hökmranlığı iqtisadiyyata və ticarətə hakim olmaqdan keçir. Xəritə yoluyla dünyada iqtisadiyyat və ticarət yollarını kəşf edib hakim olduqdan sonra dünyaya hakim olursan. Bizim Türk dövlət ənənəsində siyasi hakimiyətin ardınca həyata keçirilən ən təməl siyasətlərdən biri ticarət yollarının qorunması siyasətidir. İpəkyolunun dünyada bu qədər əhəmiyyətli olmasının ən əsas səbəblərindən biri bu yolun bizim coğrafiyalarımızdan keçməsi və bizim nəzarətimizdə olmasıdır. Biz bu yollarda ticarəti güçləndirdik və güvənliyini təmin etdik, bu da həm bizim coğrafiyada, həm də dünya iqtisadiyyatında önəmli izlər buraxdı və önəmli çağlara damğa vurdu. Bu səbəbdən də bu sərginin böyük önəm daşıdığını və Türk Dövlətləri arasında iqtisadi və ticari bağların möhkəmlənməsində böyük rol oynayacağını düşünürəm.”

Çıxış edən Azərbaycanın Tükiyədəki Ticarət Təmsilçiliyinin baş məsləhətçisi Cavid Abdullayev vurğuladı ki ”Türk Dövlətləri iqsidayyatı bu gün inkişaf etməkdədr və biz də bu inkişafı böyük bir həyacnla izləyirik. Azərbaycan da bu mənada güclənən bir iqtisadiyyata sahibdir, xüsuslə Xəzər dənizi üzərindəki stratejik mözvqeyimizlə Türk Dövlətləri coğrafiyasında özümüzə məxsus bir inkişaf izləməkdəyik. Əslində bu gün Azərbaycanda həm Türk Dövlətləri, həm də diğər ölkələrdən olan iş insanları üçün uyğun və avantajlı investisiya və ticarət imkanları yaradılmışdır. Bizim Türkiyədəki Ticarət Təmsilçiliyimiz də 2023-cü ildə məhz Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üçün körpü qurmaq və investorlara dəstək vermək məqsədi ilə yaradılıb. Bu sərginin təşkil edilməsini yüksək dəyərləndiririk və Türk Dövlətləri arasında iqtisadi fürsətlərin genişlənməsi üçün önəmli olduğunu qeyd etmək istəyirəm.”

Sonda Noyabr ayıında təşkil olunacaq “Türk Dövlətlərinin iqtisadi gücü və Türk ticarət sərgisi”nin təşkilatçısı, Azərbaycanlı vəkil Aygün Əliyeva çıxış edərək bildirdi ki: “ Bu gün Türk Dövlətləri iş dünyasının birliyi və birlikdə daha da güclü olacağımızı göstərmək üçün buradayıq. Biz çox vaxt keçmiş tarixi danışırıq, amma yüksək səviyyədə iqtisadi əlaqələri inkişaf etdirən Türk Dövlətlərində gömrük, ticarət, turizm, təhsil, nəqliyyat və bir çox sahədə önəmli işlər aparılır və bir çox böyük uğurlar əldə edilib. Vurğulamaq istəyirəm ki, özəl sektorun təmsilçiləri bu prosesdən kənarda tutulmamalı, qarşılıqlı investisiya, layihələr və yardım təşəbbüsləri müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilməlidir. Təkcə təbii sərvətlərə sahib olmaq inkişaf üçün kifayət deyil, biz istisadi strukturumuzu da şaxələndirməli və inkişaf etdirməliyik. Bu prosesdə ilk növbədə aramızdakı ticarət həcmini artırmalı, maneələri aradan qaldırmalıyıq. Biz qlobal güc ola bilərik, bu gücü səfərbər etmək üçün ilk növbədə iqtisadi inteqrasiyanı gücləndirməliyik. Xidmət ticarəti və investisiyalar sahəsində sərbəst ticarət müaviləsi işlərinin tamamlanması lazımdır.

Zəngəzur dəhlizi Azərbaycan, Çin, Mərkəzi Asiya, hətta Ermənistan və Avropanı daha asan birləşdirə biləcək sosial, iqtisadi, geosiyasi və geostrateji baxımdan mühüm layihə kimi xarakterizə edilir. Regionda hərbi, siyasi münaqişələrin azalması ölkələr arasında ticarətin artmasına səbəb olacaq. Bundan əlavə Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu xəttinin genişləndirilməsini sürətləndirəcək, eləcə də Qafqaz regionunda ticarət həcmini artıracaq bir çox ticarət yollarının açılmasına səbəb olacaq.

Türkiyədə və digər Türk Dövlətlərində hər il təşkil edəcəyimiz Türk ticarət sərgisini bu məqsədlərə çatmağımıza imkan verəcək strateji əhəmiyyətli bir addım kimi görürük. Sərgilər möhkəm və davamlı əməkdaşlıq üçün şirkətlərin doğru görüşmə nöqtələridir. Bu mənada bundan sonra da birlik içində çalışacağıq və bir birimizə dəstək olacağıq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk Dünyasıdır. Biz bunu birgə səylərimizlə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik.”

Yaqut Misirxanlı

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ