“Turan ordusu” qurulur: Tokayev o ölkəni istəmir – Kirivoşeyev


“Tokayev deqloballaşma dönəmində Rusiyanı Mərkəzi Asiyada formalaşan yeni təhlükəsizlik arxitekturasında görmək istəmir”.

Turkustan.az xəbər verir ki, bu iddia ilə rusiyalı jurnalist Kiril Kirivoşeyev Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Mərkəzi Asiya ölkələrinin yeni hərbi birlik yaratmaqla bağlı məqaləsini şərh edərkən deyib.

“Onun ideyası budur ki, hazırda dünyada deqloballaşma gedir və belə şəraitdə regional inteqrasiya xüsusi dəyər qazanır. Tokayevin məqsədi odur ki, Rusiyanı buraya almasın. Yəni onların öz qütbləri var. Əgər kimsə çoxqütblü dünyanın Moskvanın bütün postsovet məkanında həlledici rola yüksəldəcəyini düşünürsə, yanılır.

O da düzdür ki, Mərkəzi Asiyasının tranzit potensialı artdıqca Transsibirin potensialı azalacaq. Orta Dəhliz hazırda milyardlara ehtiyac duyur. Bunu etmək yalnız siz Rusiya və Belarusun izolyasiyadan çıxmayacağına inandığınız zaman mümkün olacaq. Faktiki olaraq Tokayev və Mirziyayev qlobal ticarətdə rollarının artmasına yatırım edirlər”, – o bildirib.

Qeyd edək ki, Tokayev məqaləsində Mərkəzi Asiyada yeni təhlükəsizlik arxitekturasının yaradılmasına və region ölkələrinin müdafiə sahəsində birliyinə ehtiyac olduğunu bildirmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ