Rusiyadan ŞOK iddia: Kipr bu tarixdə Türkiyəyə birləşəcək


Şimali Kipr Türk Respublikasının (KKTC) yaxın illərdə Türkiyənin bir hissəsi olacağı iddia edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Asiya və Afrika Araşdırmaları Mərkəzinin eksperti, türkoloq Aleksey Obraztsov RİA agentliyinə açıqlama verib.

O, KKTC Nəqliyyat və İnkişaf naziri Erhan Arıklının “KKTC rəsmiləri Respublika daxilində muxtar statusa keçid imkanını nəzərdən keçirirlər” ifadəsini dəyərləndirib.

Ekspert qeyd edib ki, yalnız Ankara tərəfindən tanınan KKTC 2022-ci ildə türk xalqları arasında hərtərəfli əməkdaşlıq məqsədi ilə yaradılmış Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

“Qərb bunu uddu və Ankaranın bu addımı əslində Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması istiqamətində ilk addım idi. Türkiyə bu istiqamətdə irəliləməkdə davam edir. İnanıram ki, 30 il və ya daha çox müddətdə adanın bölünməsi beynəlxalq səviyyədə tanınacaq. Ərdoğanın belə bir addım atmaq üçün siyasi əzminin olub-olmadığını zaman göstərəcək, lakin tarazlıq hazırda türklərin tərəfindədir"”, - deyə o bildirib.

Obraztsov Ankaranın bu vəziyyətdə “gözləyin və görün” yanaşması sərgilədiyini iddia edib: “Türklər sakitcə böyük dövlətlərin növbəti səhvini gözləyəcək. Beləliklə, onlar KKTC-nin beynəlxalq statusunu daim gücləndirəcəklər”.

O, həmçinin ABŞ və Avropa Birliyinin bu prosesə müdaxilə etmə ehtimalının az olduğunu qeyd edib. İddia edib ki, Qərb Şimali Kiprə qarşı radikal addımlardan, o cümlədən hərbi müdaxilədən qaçacaq. O, bunun səbəbinin NATO daxilindəki ziddiyyətlər və Türkiyənin Şimali Atlantika Alyansında oynadığı rol olduğu proqnozunu verib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ