Beynəlxalq təşkilat – Türk Mədəniyyəti və İrsi Fondu olaraq, cənab Ian Peart-in sosial şəbəkələrdə və mediada yayılan bəyanatı ilə bağlı vəziyyəti şərh etmək istərdik. Bu məlumat həqiqətə uyğun deyil.
Turkustan.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu ilə cənab Ian Peart arasında heç bir müqavilə və onun tərəfindən göstərilən xidmətlər barədə heç bir saziş imzalanmayıb.
Fondun cənab Ian Peart qarşısında heç bir qanuni öhdəliyi yoxdur.
Biz qətiyyətlə bəyan edirik ki, Türk Mədəniyyəti və İrsi Fondu hər bir hüquqi və fiziki şəxs qarşısında götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir və yetirəcəkdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, KİV-ni (medianı) məsələnin mahiyyətini tam araşdırmadan əsassız iddialar dərc etməməyə çağırırıq. Öz növbəsində, Fond hər zaman hər hansı bir mövzuda əməkdaşlığa açıqdır.
Bildiririk ki, təşkilatımızın nüfuzuna və imicinə mənfi təsir göstərəcək hər hansı bir şəxs tərəfindən əsassız və yalan iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcəkdir.