Qazaxıstan Krımı niyə Rusiya ərazisi kimi tanımadı? - NAZARBAYEV AÇIQLADI


QLQazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Krımı Rusiya kimi tanımamasının səbəbini izah edib.

Turkustan.az xəbər verir ki, siyasətçi amerikalı rejissor Oliver Stounun "Qazax. Qızıl adamın hekayəsi" filmində deyib:

"2014-cü ildə Krımda keçirilən referendumdan sonra Qazaxıstan yarımadanı Rusiya kimi tanısaydı, eyni zamanda Cənubi Osetiya, Abxaziya və Kosovonu da tanımalı olacaqdı.

Biz Krımı Rusiya kimi tanımırdıq, çünki o zaman mən Osetiyanı, Abxaziyanı, Kosovonu tanımalı olardım, Kosovo da onu tanımağı xahiş edirdi".

Nazarbayev əlavə edib ki, o, Ukraynada təhsil alıb, hələ də bu ölkəni sevir və orada baş verənlərdən narahatdır. Buna baxmayaraq, Qazaxıstan Krımla bağlı vəziyyətdə Ukrayna tərəfini dəstəkləmədi:

"Bütün bunlar Kiyevdə baş verən çevriliş nəticəsində yaranıb" , - deyə keçmiş dövlət başçısı izah edib.

Bundan əvvəl, 2019-cu ilin dekabrında Qazaxıstanın hazırkı prezidenti Qasım-Comərd Tokayev ilhaqı "Krıma münasibətdə çox ağır söz" adlandırıb və Rusiya hakimiyyətinin siyasəti barədə müsbət fikirlər səsləndirib./Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ