Türkiyə dünyanın diplomatiya mərkəzinə çevrilir


Türkiyə hakimiyyəti ölkənin beynəlxalq sülh diplomatiyası mərkəzlərindən birinə çevrilməsi istiqamətində uğurlu addımlar atır.

Turkustan.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının Ankarada keçirilən iclasında çıxışı zamanı deyib.

“Biz Türkiyəni regionda sabitlik mənbəyi rolundan daha geniş çərçivəyə çıxaraq, sülh diplomatiyasının mərkəzlərindən birinə çeviririk”, - o bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə xeyirxahlıq bayrağını daşıyır və dünyanın hər yerində, xüsusilə məzlum coğrafiyalarda sülh, inam və əmin-amanlıq mühiti yayır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ