Ərdoğandan Xocalı PAYLAŞIMI


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Turkustan.az xəbər verir ki, paylaşım prezidentin sosial media hesablarında edilib.

“Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə şəhid olmuş azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan vurğulayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ