Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib.
Turkustan.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Diplomatın 2024-cü il dekabrın 14-də fəaliyyət müddəti başa çatıb.