Türk dünyasının liderləri Bakıya GƏLƏCƏK


Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.

Turkustan.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb.

Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək.

Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.

Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə qurumun müşahidəçi üzvləridir./modern.az


MANŞET XƏBƏRLƏRİ