“Seçkinin nəticələri Gürcüstan əhalisinin əksəriyyəti tərəfindən tanınmır”.
Turkustan.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
O, Gürcüstan parlamentinə təkrar seçkilərin keçirilməsini istəyib.
“Seçkilər zamanı konstitusion hüquqlar, xüsusən də səsvermənin məxfiliyi pozulub. Böhrandan çıxmaq üçün təkrar parlament seçkilərinin keçirilməsi və seçkilərin nəticələrinə etirazların davam etdirilməsi vacibdir. Müxalifətçilər nəticələri saxta hesab edərək beynəlxalq araşdırma və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər”, – deyə Zurabişvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstan prokurorluğu müxalifətin seçki nəticələrinin saxtalaşdırılması ilə bağlı iddiaları araşdırmaya başlayıb. Lakin müxalifətçilərin əksəriyyəti prokurorluqla əməkdaşlıq etmir. /globalinfo.az/