Rusiya Ukraynanı bu qış da donduracaq


Rusiya Ukraynanın hərbi sənaye və enerji infrastrukturuna uzun mənzilli raket və PUA hücumları həyata keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rusiya Ukraynaya növbəti dəfə soyuq qış yaşadacaq.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye infrastrukturuna uzun mənzilli dəqiqlikli raketlər və PUA-larla intensiv hücumlar həyata keçirdiyini açıqlayıb. Nazirlik bəyan edib ki, hədəflər enerji infrastrukturu və hərbi istehsal obyektləridir: "Bütün müəyyən edilmiş hədəflər vurulub”.

Bəyanatda hücumların Ukraynanın hərbi sənaye sektorunun fəaliyyətini pozmaq məqsədi daşıdığı vurğulanıb. Əməliyyatın səhər saatlarında həm hava, həm də dəniz yolu ilə həyata keçirildiyi bildirilib.

Qara dənizdə 4 pilotsuz dəniz vasitəsinin məhv edildiyi açıqlanıb. Nazirlik, “Rusiya Silahlı Qüvvələri səhər saatlarında Ukraynanın hərbi sənaye sektorunun fəaliyyətini təmin edən kritik enerji infrastrukturu elementlərinə uzun mənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla havadan və dənizdən intensiv hücum həyata keçirib. Hərbi məhsullar istehsal edən müəssisələr üzrə təyin olunmuş bütün hədəflər vuruldub".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ