Peskov ABŞ-ın Rusiyaya dərin zərbələr endirmək qərarını ehtiyatsızlıq adlandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Rusiyanın dərinliklərində uzaqmənzilli silahlarla zərbələri təsdiqləmək qərarı təhlükəli və ehtiyatsızlıqdır. Bu, Vaşinqtonun münaqişədə iştirak səviyyəsini keyfiyyətcə artırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Bundan əvvəl Almaniya Nazirlər Kabineti təsdiqləyib ki, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qərarı barədə Berlini məlumatlandırıb. Bu ABŞ hakimiyyətinin qərarı ilə bağlı ilk rəsmi məlumatdır.
“Getdikcə daha çox narahatedici məlumatlar alırıq”, - deyə Peskov Berlindən gələn xəbərləri şərh edərək qeyd edib: “Həqiqətən də, bu qərar böyük ehtiyatsızlıqdır, təhlükəlidir və keyfiyyət dəyişikliyinə, ABŞ-ın bu işdə iştirak səviyyəsinin artırılmasına yönəlmişdir.”
Peskov xatırladıb ki, bu mövzu ətrafında müzakirələr uzun müddətdir ki, həm kollektiv Qərb ölkələrində, həm də Kiyevdə gedir.
“Rusiya Federasiyasının mövqeyini Putin Sankt-Peterburqda açıq şəkildə ifadə edib. Biz münaqişə ətrafında gərginliyin artdığını görəcəyik, amma bu cür hərəkətlərə lazımı reaksiyamızı da verəcəyik”- deyə, Kreml nümayəndəsi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az