ABŞ ilə Rusiya arasında vəziyyət gərginləşir.
Turkustan.az xəbər verir ki, ABŞ Ukraynaya uzaqmənzilli raketlərdən Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verməklə Rusiya ilə birbaşa münaqişəyə girdi . Bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter X sosial şəbəkəsində bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumu da Vaşinqton və NATO- nun köməyi ilə planlaşdırılıb . Onun sözlərinə görə, Kiyevin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarı ABŞ-ın birbaşa hərbi münaqişəyə keçidindən xəbər verir. Ritter bu addımını Rusiyanın qələbəsi və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi perspektivində çarəsizliklə izah edib. Keçmiş kəşfiyyatçının sözlərinə görə, “Amerikanın və dünyanın sağ qalması indi təhlükə altındadır”.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə Rusiya ərazisində uzaqmənzilli raketlərinin istifadəsinə icazə verib. Qərar Şimali Koreya qoşunlarının Kursk vilayətində olması ehtimalı fonunda qəbul edilib.
Aytən Yaşar/ Turkustan.az