Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan tutduqları vəzifəni tərk etməyi xahiş etməsi ilə bağlı məlumatı təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkələrin birindəki səhifəsində yazıb.
Həftəsonu Ermənistan mediası hökumət üzvlərinin istefa dalğası barədə yazmağa başlayıb. Bildirilib ki, istefa məktubunu Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan təqdim edib.
O, əlavə edib ki, istefada olan məmurların Ermənistan dövlətçiliyinin inkişafındakı xidmətlərini inkar edə bilməz. Paşinyan onlara verdikləri töhfələrə və onun xahişini başa düşdüklərinə görə təşəkkür edib.
Aytən Yaşar/ Turkustan.az