Putin qəzəbləndi - Baydendən 3-cü dünya müharibəsini başladacaq addım


ABŞ administrasiyasının Ukraynaya Rusiya ərazisində məhdud şəkildə uzaqmənzilli Amerika silahlarından istifadə etməyə icazə verməsi Rusiyanı hiddətləndirib.

Turkustan.az xəbər verir ki, Rusiya rəsmiləri bunun 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini iddia edərkən, Trampın komandası da qərara reaksiya verib və Baydeni müharibəni qızışdırmaqda günahlandırıb.

ABŞ prezidentliyinə sayılı günlər qalan Co Bayden Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gətirilməsindən sonra Kiyevə Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etmək icazəsi vermək qərarına gəlib. Ağ ev məsələ ilə bağlı hələlik bir açıqlama verməsə də xəbər agentlikləri artıq məlumatı təsdiqləyib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp vəzifəyə başlayan kimi Rusiya-Ukrayna müharibəsini bitirmək üçün addımlar atacağını açıqlayıb və bu müharibənin daha da uzanmasını istəmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ