Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "Galeao" Hava limanında Türkiyənin Braziliyadakı səfiri Halil İbrahim Akça və Braziliya Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan liderlərlə ikitərəfli görüşlər keçirəcək. Türkiyə prezidenti ikitərəfli görüşlərdə İsrailin Qəzza və Livana hücumlarına diqqət çəkəcək. O, Fələstin dövlətinin tanınması üçün mesajlarını davam etdirəcək.
G20 çərçivəsində “Sosial inklüzivlik, aclıq və yoxsulluqla mübarizə”, “Qlobal idarəetmə institutlarının islahatı” və “Dayanıqlı inkişaf və enerji” adlı üç sessiya keçiriləcək. Yanvarda hakimiyyəti Donald Trampa təhvil verəcək ABŞ prezidenti Co Bayden sonuncu dəfə sammitdə iştirak edəcək. Rusiya prezidenti Putin sammitdə iştirak etməyəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az