Ölkələr arasında əməkdaşlıq dərinləşməyə davam edərsə, Şimali Koreya Ukraynadakı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi göndərə bilər.
Turkustan.az xəbər verir ki, bu informasiyanı Bloomberg agentliyi ekspert hesablamalarına istinadən yayıb.
Nəşrin həmsöhbətlərinin dediklərinə görə, belə bir addım qaçılmaz deyil.
Bloomberg-in məlumatına görə, Şimali Koreya qoşunlarının yeridilməsi müharibənin qlobal xarakter aldığını göstərir və bu həftə Braziliyada keçiriləcək G-20 sammitində, o cümlədən Almaniya kansleri Olaf Şolzun Çin lideri Si Tsinpinlə görüşündə bu məsələ qaldırılacaq.
Keçən həftə Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının toplantısında bu narahatlıq müttəfiqlər tərəfindən də gündəmə gətirilib. /konkret.az/