ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ABŞ-ın uzaqmənzilli silahları – ATACMS raketləri ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.
Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikirlər parçalanıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində işğal olunmuş mövqeləri qorumaq üçün Amerika raketlərindən istifadə edə biləcək.
Bildirilib ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadəyə icazəsi Rusiyanın Şimali Koreya qoşunlarını döyüşə cəlb etmək barədə qərarına cavabdır.
O da qeyd edilib ki, bu addıma baxmayaraq, ABŞ rəsmiləri hərbi əməliyyatların gedişində köklü dəyişiklik gözləmirlər. /globalinfo.az/