“Kursk qaytarılmasa, heç bir danışıq olmayacaq” - Ukrayna dirəniş göstərir


Rusiya ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası ilə mümkün sülh danışıqları ərəfəsində Kursk bölgəsinə tam nəzarəti bərpa etmək istəyir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Qəzet yazır ki, buna baxmayaraq, Ukrayna ordusu düşmənin əks-hücumlarını dəf etməkdə davam edir.

“Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov bununla bağlı jurnalistlərə deyib: “Aydındır ki, Moskva son ukraynalı əsgəri Kursk vilayətindən çıxarmayana qədər heç bir danışıqlara başlamayacaq”.

Nəşr qeyd edib ki, Rusiya Kursk vilayətinin mümkün danışıqlarda Ukraynanın təzyiq rıçaqlarından birinə çevrilə biləcəyini anlayır. Ona görə də Kreml vilayəti özünün tam nəzarətinə qaytararaq, yalnız güclü mövqedən dialoqa girmək istəyir.

Nəşr qeyd edir ki, Amerika kəşfiyyatının məlumatına görə, Rusiya Kursk bölgəsinə azı 10 min Şimali Koreya əsgəri göndərib. Departament qeyd edib ki, əsas əks-hücumlardan biri Donald Trampın ABŞ prezidenti seçilməsindən dərhal sonra həyata keçirilib. Lakin son əks-hücumlar heç də rəvan keçməyib. Rusiya yalnız kiçik nailiyyətlər əldə edib, həmçinin xeyli sayda canlı qüvvə və texnika itirib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ