Avropa İttifaqı Meta-nı 797 milyon avro cərimələdi


Avropa İttifaqı (Aİ) Komissiyası “Facebook” və “Instagram” sosial şəbəkə platformalarının sahibi Meta-nı Birliyin antiinhisar qaydalarını pozduğuna görə 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, Meta-ya 797 milyon avro cərimə kəsilib, çünki Facebook Marketplace-i şəxsi sosial şəbəkəsi Facebook-a inteqrasiya etdiyi və digər onlayn elanlar xidmətinə ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün Aİ antiinhisar qaydalarını pozduğu əsas götürülüb.

Aİ Komissiyasının araşdırması müəyyən edib ki, Meta bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.

Qərarda, Facebook Marketplace-in Facebook-a inteqrasiyası ilə bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq Facebook Marketplace-ə giriş əldə etdiyi və istəsə də istəməsə də müntəzəm olaraq Facebook Marketplace-ə məruz qaldığına diqqət çəkilib.

Müvafiq olaraq, Meta-nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından və ya ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi qərara alınıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ