Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa Prezidenti Andjey Dudanın Bakıda keçirilən BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransında şəkil çəkməkdən imtina etməsini şərh edib.
Turkustan.az BelTA-ya istinadla xəbər verir ki, Lukaşenko Anjey Dudanın Bakıda keçirilən iqlim sammitində birlikdə şəkil çəkdirməkdən imtina etməsinin diqqətdən kənarda qaldığını bildirib.
Onun sözlərinə görə, Dudanın demarşını Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkovdan öyrənib. Belə ki, sammitdə iştirak edənlərdən heç biri Polşa prezidentinin şəkil çəkdirərkən olmamasına diqqət yetirməyib.
"Heç kim onun (Duda – red.) orada olmadığını fərq etmədi. O görəndə ki, onun (kollektiv) şəkil çəkdiriləndə olmadığının fərqinə heç kəs varmadı, başladı şəkil çəkdirməyə getmədiyini piar etməyə”, - Lukaşenko vurğulayıb.
“Gəlmirsən gəlmə. Allah xatirinə, axı səni kim gözləyirdi ki?” – Lukaşenko əlavə edib. /axar.az/