Ukrayna Silahlı Qüvvələri (VSU) Kursk istiqamətində gedən döyüşlər zamanı 430-a qədər hərbi qulluqçusunu itirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri belədir: 430 hərbi qulluqçu, 10 tank, 2 piyada döyüş maşını, 19 zirehli döyüş maşını, 155 mm-lik özüyeriyən artilleriya qurğuları "Bogdan", iki 122 mm-lik haubitsa “D-30” və 105 mm-lik “M101” qurğusu sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib.
Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. /cebheinfo.az/