AB nümayəndəsi Borell iddia edib ki, İsrailin fələstinlilərə qarşı pozduğu insan haqları səbəbindən bütün siyasi münasibətlərə yenidən baxılmalıdır. Aİ və İsrail münasibətlərinin taleyi yaxın günlərdə bəlli olacaq.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Qəzza zolağında insan haqlarının pozulması səbəbindən İsraillə siyasi dialoqun dayandırılmasını təklif edəcək.
İngilis xəbər agentliyi Reuters-in diplomatlara əsaslanaraq verdiyi xəbərə görə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell gələn bazar ertəsi keçiriləcək görüşdən əvvəl Aİ ölkələrinin xarici işlər nazirlərinə məktub göndərib.
Xəbərə görə, Borrell məktubda Qəzzada beynəlxalq humanitar hüququn pozulması ilə bağlı ciddi narahatlıqların olduğunu ifadə edərək, "İndiyə qədər bu narahatlıqlar İsrail tərəfindən lazımi şəkildə qarşılanmayıb" deyib. Borrell, "Bu qiymətləndirmələr fonunda Aİ-yə İsraillə siyasi dialoqu dayandırmaq üçün insan haqları maddəsini aktivləşdirməyə dair təklif təqdim edəcəyəm" dedi.
Eltac Zülfüqaroğlu/Turkustan.az