Yaxın Şərqdəki gərginliyi əsas gətirən yapon nəhəngi İsraildəki bütün mağazalarını bağladı


Yapon pərakəndə nəhəngi Seven&i Yaxın Şərqdəki gərginlik səbəbiylə bütün mağazalarını bağlayaraq İsrail bazarından çəkilib.

Turkustan.az xəbər verir ki, Rəsmi Kyodo agentliyinin məlumatına görə, “7-Eleven” mağazalar şəbəkəsinin sahibi Seveni İsraildəki 8 mağazasının hamısını bağlayıb.

İsraildən çəkilmə qərarının “Yaxın Şərqdəki gərginliyin biznesin davam etdirilməsi risklərini artırdığı üçün” alındığı vurğulanıb.

Bildirilib ki, şirkətin bütün yapon əməkdaşları artıq İsraili tərk ediblər.

Kredit araşdırma agentliyi Teikoku Databank-ın məlumatına görə, şirkət 2023-cü ilin oktyabrından sonra İsraildən çıxmağa qərar verən ilk Yapon şirkəti olub.

İsraildə mağaza fəaliyyət göstərən "yeganə əsas Yapon ərzaq şəbəkəsi" Seven&i 2023-cü ilin yanvarında Tel-Əvivdə İsraildəki ilk "7-Eleven" mağazasını açdı.

Yapon şirkəti o zaman elan etmişdi ki, 5-6 il ərzində bütün İsraildə mağaza şəbəkəsini genişləndirməyi planlaşdırır.

Teikoku Databank-ın məlumatına görə, 2023-cü ilin oktyabr ayına olan məlumata görə, İsraildə 92 Yaponiya şirkəti fəaliyyət göstərirdi ki, onların da 40 faizi istehsal sektorundadır.

Yapon mətbuatında qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İsraildə fəaliyyət göstərən Uzaq Şərq şirkətləri ixtisar edə və ya ölkədən çıxa bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ