Yaşar Gülər: “Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər”


Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​qatıldığı proqramda iki dünya müharibəsi olduğuna və onların kiçik səbəblərdən çıxdığına diqqət çəkib. Nazir Gülər, "3-cü Dünya Müharibəsi hər an başlaya bilər. Təbii ki, müharibənin başlamasını istəmirik, amma hər zaman hazır olmalıyıq. Bütün Türkiyə Cümhuriyyətinin və Türk xalqının təhlükəsizliyinə cavabdehik”.

Turkustan.az xəbəbr verir ki, Milli Müdafiə naziri Yaşar Gülər ​​qatıldığı televiziya proqramında gündəmlə bağlı sualları cavablandırıb. Daha əvvəl iki dünya müharibəsi olduğuna və onların kiçik səbəblərdən çıxdığına diqqət çəkən nazir Gülər, Üçüncü Dünya Müharibəsinin hər an başlaya biləcəyini bildirib.

Gülər ​​deyib: "Biz 2 dünya müharibəsi yaşadıq. Bu müharibələrin necə başladığını xatırlayırsınızmı? Çox kiçik səbəblərdən. Deməli, böyük bir hadisə tələb etmir. Hər an ola bilər. Təbii ki, müharibə başlamağını istəmirik. Amma hər zaman hazır olmalıyıq böyük Türkiyə Cümhuriyyəti və Türk millətinin təhlükəsizliyindən məsulyuz. Hər fürsətdən istifadə edib hər ehtimalı qiymətləndirəcəyik. Müharibə ehtimalı ola bilər, hər şeyi qiymətləndiririk. Ən xırda təfərrüata qədər planlarımızı qururuq, amma biz öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ