Pakistanda olan hava çirkliliyi kosmosdan belə görünür – FOTO


Keçən aydan bəri Pakistanın şərqini və Hindistanın şimalını bürüyən qatı və zəhərli tüstü NASA-nın peyk görüntülərində aydın şəkildə müşahidə olunur. Pəncab əyalətindən Hindistanın paytaxtı Yeni Dehliyə yayılan bu boz tüstü buludu milyonlarla insanın sağlamlığını təhdid edib.

Turkustan.az xəbər verir ki, Pakistan hakimiyyəti ağır çirkləndiricilərin sağlamlığa təsiri səbəbindən məktəbləri və ictimai yerləri bağlayıb. Həftə sonu Lahor və Multandan gələn görüntülər şəhərləri bürüyən sıx tüstünün küçələri və binaları örtdüyünü ortaya qoyub.

Qışda havanın çirklənməsi artır

Cənubi Asiyada havanın çirklənməsi hər il qış aylarında kənd təsərrüfatı tullantılarını yandıran fermerlər, kömürlə işləyən elektrik stansiyaları, sıx nəqliyyat və küləksiz hava şəraiti səbəbindən artır.

Bu dövrdə soyuq və quru hava çirkliliyi tutur və isti havanın qalxdığı zaman olduğu kimi atmosferə dağılmasının qarşısını alır.

Bu mövsüm Lahorda hava keyfiyyəti indeksi 1200-ü keçib və IQAir məlumatlarına görə, bu dəyər "təhlükəli" hesab olunur. Pəncabın müxtəlif yerlərində də 1000-dən çox ölçmə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz səviyyəsindən 110 dəfə yüksək olan PM2.5 nisbətləri bu çirklənmənin ən kiçik və ən təhlükəli komponentlərindən biri kimi önə çıxır. Nəfəs aldıqda bu hissəciklər ağciyər toxumalarına dərindən nüfuz edərək ürək və ağciyər xəstəliklərinə, xərçəngə və digər tənəffüs orqanlarına səbəb ola bilər.

30 mindən çox insan tənəffüs yolu xəstəliklərindən müalicə olunub

Zəhərli tüstünün təsirindən xəstəxanalar və klinikalar tənəffüs xəstəliklərindən əziyyət çəkən xəstələrlə dolub. Pəncab səhiyyə rəsmiləri, Associated Press-in məlumatına görə, tüstüdən təsirlənən ərazilərdə 30,000-dən çox insanın tənəffüs xəstəliklərindən müalicə olunduğunu açıqlayıb.

Pakistan'daki kirli hava o kadar kötü ki uzaydan bile görülebiliyor

NASA Worldview uydu görüntüleri, 10 Kasım 2024'te Pakistan'ın Pencap eyaleti ve Kuzeybatı Hindistan'ın bazı bölgelerinde yoğun smog olduğunu, aynı bölgenin 31 Ağustos 2024'teki durumu ile karşılaştırıldığında gösteriyor.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ