Ekspress: "Putinin siyahısında 4 Avropa ölkəsi var"


Rusiya-Ukrayna müharibəsi yeni dövrə girdiyi bir vaxtda Putin Koreya əsgərləri də daxil olmaqla 50 min əsgərlə ən güclü hücumuna hazırlaşır. İddialara görə, Putinin işğalçı siyahısında daha dörd Avropa ölkəsi var.

Turkustan.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayandan bəri yeni mərhələyə qədəm qoyub. Müharibə Rusiya prezidenti Vladimir Putinin gözlədiyindən də çətin oldu, çünki ukraynalılar iki yay dalbadal əks-hücumlara başladılar.

Ukrayna min kilometrə qədər uzanan cəbhə xəttində keçən yaydan etibarən gücləndirdiyi əks-hücum əməliyyatında da Rusiyanın müdafiə divarını deşdi. Ancaq ukraynalıların Rusiyanı silkələyən və dünyanı şoka salan əsl güclü hücumu 2024-cü ilin avqustunda baş verdi. Minlərlə ukraynalı əsgər və Ukrayna tankı Rusiya sərhədini keçərək Kursk şəhərində irəliləməyə başlayıb.

Bu arada bir müddətdir diqqətini Ukraynanın şərqinə yönəldən Rusiya bu hücumu gözləmirdi. Bu hücum həm də son 80 ildə Rusiya ərazisinin ilk işğalı demək idi. Lakin hücumlar və əks-hərəkətlər hələ də davam edir. Ukraynanın şərqində min kilometrlik cəbhə ilə ayrılan bölgə hələ də Rusiyanın nəzarətindədir.

Digər tərəfdən, İngiltərədə çıxan Daily Express qəzetinə danışan müdafiə və təhlükəsizlik üzrə ekspert Nikolas Drummod Avropaya xəbərdarlıq edib ki, “Putin Ukrayna ilə işi bitdikdən sonra daha dörd Avropa ölkəsini işğal etməyi planlaşdırır”.

Qəzetə danışan ekspert Putinin “bir sıra səbəblərə görə Rusiya imperiyasını yenidən qurmaq ambisiyasına malik olduğunu” eyham edib. Drummodun qəzetə verdiyi məlumata görə, bu dörd ölkə Estoniya, Latviya, Litva və Putinin dəstəklədiyi namizədin bu yaxınlarda seçkilərdə məğlub olduğu Moldovadır.

Moldova siyasətçiləri də son illərdə Rusiyanın Dnestryanı üzərində nəzarəti ələ keçirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarını vaxtaşırı dilə gətirirlər. Bununla belə, mart ayında Moldovanın xarici işlər naziri Mixail Popsoi “cəsur Ukrayna xalqının və Ukrayna ordusunun fədakarlığı sayəsində” Rusiyanın artıq heç bir hücuma yüngül yanaşmadığını bəyan etmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ