Yeni administrasiya ölkəyə Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmağa imkan verməkdənsə, əsas diqqətini Ukraynada sülhün əldə olunmasına yönəldəcək.
Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza deyib.
O, BBC-yə açıqlamasında bildirib ki, Tramp administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskidən onun “dünyaya real baxış” versiyasını təqdim etməsini xahiş edəcək:
“Əgər Prezident Zelenski danışıqlar masası arxasına əyləşib desə ki, biz yalnız Krım qaytarılacağı halda sülhə nail ola bilərik, o, bizə ciddi olmadığını göstərəcək. Çünki Krım artıq yoxdur”.
Lanza Ukraynanın şərqindəki bölgələrdən bəhs etməyib, lakin Krımın qaytarılmasının qeyri-real olduğunu və “ABŞ-ın məqsədi olmadığını” vurğulayıb:
“Zelenski sülhün yalnız Krımın qaytarılmasından sonra olacağını və o zaman döyüşləri dayandıracaqlarını deyəndə, Zelenskiyə xəbərimiz var: Krım artıq yoxdur. Əgər sizin üçün ən vacibi Krımı qaytarmaq və Amerika əsgərlərini Krımın qaytarılması üçün döyüşməyə məcbur etməkdirsə, deməli, siz təksiniz, özünüz bilərsiniz”. /axar.az/