Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandaları iki liderin görüşünün hazırlanmasına başlayacaqlar.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə birgə konfransda bildirib.
Onun sözlərinə görə, Zelenski Trampı qələbəsi münasibətilə telefonla təbrik edən ilk dünya liderlərindən biri olub. Nazir vurğulayıb ki, “telefon danışığının baştutma sürəti” artıq birbaşa dialoqun mövcudluğunun birbaşa sübutudur.
“Bu, gələcək əməkdaşlıq barədə fikir mübadiləsinin aparıldığı yaxşı və səmimi söhbət idi. Əlbəttə, biz liderlər səviyyəsində əlaqəyə ümid edirik”, – Sibiha qeyd edib.
O əlavə edib ki, telefon danışığı zamanı prezidentlərin komandaları iki liderin görüşünün hazırlanmasına başlamaq barədə razılığa gəliblər. /bakupost.az/