Ermənistan dövlət kimi müstəqillik əldən edəndən bu günə qədər oradan insanların kütləvi miqrasiyası müşahidə olunur.
Turkustan.az bu barədə erməni mediasına istinadən bildirir.
Qeyd olunur ki, müharibədən sonra ermənilərin Rusiyaya köçü sürətlənib.
Belə ki, cari ilin ilk üç rübündə 142 min Ermənistan vətəndaşı əmək miqrantı kimi Rusiya Federasiyasına gedib.
Məlumata görə, bu kateqoriya üzrə lider Özbəkistandır. Oradan 1,7 milyondan çox insan Rusiya Federasiyasına işləmək üçün gedib. /Cebheinfo.az/