ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ATACMS taktiki raket sistemlərinin tədarükündən imtina edib.
Turkustan.Az-ın verdiyi məlumata görə, bu barədə "Wall Street Journal" ABŞ-nin iki rəsmisi və Ukrayna hökumətinin məsləhətçisinə istinadən xəbər verib.
Bildirilir ki, Ostin Zelenskinin ATACMS sistemlərinin prioritet tədarükü ilə bağlı son müraciətini rədd edib.
Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Zelenskiyə ABŞ-dən digər sifarişçilərlə uzunmüddətli razılaşmaları pozmağı tələb edərkən "həddindən artıq çox şey istədiyini" bildirib. /oxu.az/