"İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”


İranlı ekspert Ehsan Movəhhediyan “ArmenPress”ə müsahibə verib.

Turkustan.az xəbər verir ki, o, bununla bağlı “X” hesabında yazıb.

O, iki ölkə arasındakı maraqların üst-üstə düşdüyünü deyib:

“İran və Ermənistanın maraqları tamamilə üst üstə düşür. Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır”.

Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə toxunaraq olaraq qeyd edib:

“Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ