Ukraynadan çətin qərar – Cəbhədə böyük geriçəkilmə


Ukrayna ordusu Donetsk vilayətində yeni itkilərlə təhdid edilir. Cəbhənin bu hissəsində ruslar iki tərəfdən irəliləməyə çalışırlar.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild”in hərbi analitiki Yulian Röpke məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları Donetskdə yerləşən Kuraxiv su anbarının sahillərinə çatıblar. Həmçinin Uqledar tərəfdən ora doğru irəliləyirlər.

Röpke qeyd edir ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri geri çəkilməyəcəyi təqdirdə, Kuraxiv şəhəri ətrafında mühasirəyə düşə bilərlər.

“Rus ordusu Donetsk vilayətinin Maksimivka kəndini ələ keçirib. Ukraynanın burada ehtiyatları və ikinci müdafiə xətti olmadığından, rusların gündəlik irəliləyişi təxminən, 2 kilometr səviyyəsində qalır, bu, başqa bir mühasirə təhlükəsi yaradır. Çox güman ki, Ukrayna ordusu Andrivka kəndindən cənub-şərqdə 20-yə yaxın yaşayış məntəqəsindən növbəti genişmiqyaslı geriçəkilmə ilə bu təhlükənin qarşısını alacaq”, - analitik belə söyləyib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ