Şimali Koreya Yapon dənizinə doğru çoxlu qısa mənzilli ballistik raketlər atıb. Pxenyanın son hərəkəti ABŞ seçkiləri öncəsi Vaşinqton və onun müttəfiqlərinə qarşı hədə-qorxu kimi şərh edilib.
Turkustan.az xəbər verir ki, Şimali Koreya tərəfindən Koreya yarımadası və onun ətrafında gərginliyi artıracaq daha bir addım atılıb. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın saat 07.30 radələrində ölkənin Şimali Hvanqhae əyalətinin qərbindəki Sarivon bölgəsindən Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atdığı bildirilib. Raketlərin təxminən 400 kilometr məsafə qət etdiyi bildirilən açıqlamada, "Ordumuz ola biləcək yeni raket sınaqlarına hazırlıq məqsədilə təqib və sayıqlığı gücləndirərkən, ABŞ və Yaponiya ilə əməkdaşlıq çərçivəsində raketlərlə bağlı analiz işlərinə davam edir" dedi.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07.30-07.39 arasında ölkənin qərb sahillərindən Yaponiya dənizinə doğru çoxlu qısa mənzilli ballistik raketlər atdığı qeyd edilib. Raketlərdən ən azı yeddisinin 100 kilometr yüksəkliyə çatdığı və 400 kilometr uçduğu qeyd edilərkən, bütün raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Koreya yarımadasının şərq sahilindəki sulara düşdüyü bildirildi.
Yaponiya hökumətindən Şimali Koreyaya qınaq
Yaponiya Müdafiə Naziri Gen Nakatani mövzu ilə bağlı verdiyi açıqlamada, “Şimali Koreyanın Yaponiya və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edən hərəkətlərini şiddətlə qınayırıq, ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində lazımi tədbirləri gördüklərini vurğulayırıq, Nakatani monitorinq etdiklərini söylədi və analiz fəaliyyətlərini davam etdirdiklərini xatırladıb.
ABŞ-ın Hind-Sakit Okean Komandanlığından verilən açıqlamada Şimali Koreyanın raket sınaqlarının pisləndiyi və “Şimali Koreyanı qeyri-qanuni və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq” ifadəsi işlədilib. Bəyanatda Pxenyanın son raket sınağının ABŞ-ın şəxsi heyəti, ərazisi və müttəfiqləri üçün dərhal təhlükə yaratmadığı qeyd edilərək, “ABŞ-ın Cənubi Koreya və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəlikləri sarsılmaz olaraq qalır” ifadəsi işlədilib.
Cənubi Koreya Kəşfiyyat Xidmətinin (NIS) keçən həftə verdiyi açıqlamada Şimali Koreyanın ABŞ seçkilərindən əvvəl qitələrarası ballistik raket də daxil olmaqla yeni silahlarını sınaqdan keçirə biləcəyi ifadə edilib. NIS, Pxenyanın yeddinci nüvə sınağı ehtimalının "yaxından izlənildiyini" açıqlamışdı.
Eltac Zülfüqaroğlu/Turkustan.az