Bu ordunun Ukraynaya yeridilməsi "qırmızı xətt"imiz deyil


Ukraynaya ordunun döyüş heyətinin göndərilməsi ümumiyyətlə müzakirə olunmur.

Turkustan.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun deyib.

O bildirib ki, Ukraynaya hərbi analitiklər və müşahidəçilərin göndərilməsi ilə əsgər və zabitlərin döyüşə göndərilməsi arasında böyük fərq var.

Kim Yonq Hyunun sözlərinə görə, Koreya Xalq Ordusunun bölmələrinin Ukraynadakı təmas xəttində yerləşdirilməsi Seul üçün qırmızı xətt deyil ki, onu keçdikdən sonra Koreya Respublikası Ukraynanı öldürücü silahlarla təchiz etməyə başlasın:

“Ukraynadakı döyüş meydanındakı vəziyyəti nəzərə alaraq beynəlxalq ictimaiyyətlə həmrəylik üçün yardım göstərəcəyimizi deyəndə “mərhələli” ifadəsini işlədirik”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ