Livandan İsrailin şimalındakı Metula qəsəbəsinə atılan raketlər nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Metula qəsəbəsinin müdiri bu gün səhər saatlarında Livandan atılan raketlər nəticəsində ağır yaralanan 5 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını açıqlayıb.
İsrail ordusundan verilən açıqlamada saat 11.37-də Metulada sirenlərin səslənməsindən sonra Livandan gələn və açıq əraziyə düşən iki raketin təsbit edildiyi bildirilib.
İsrail ordusunun sözçüsü Metulaya atılan iki raketin kənd təsərrüfatı sahəsinə düşdüyünü də qeyd edib.
Haaretz-in xəbərində ölənlərdən birinin israilli fermer, 4-nün isə Tailanddan işləməyə gələn işçi olduğu bildirilib.
Haaretz-ə danışan Metula qəsəbəsinin fövqəladə müdaxilə qrupunun üzvü İsrail ordusunun qapalı hərbi bölgə olmasına baxmayaraq işçilərin əraziyə daxil olmasına icazə verdiyini bildirib.
Eltac Zülfüqaroğlu/Turkustan.az