Ukraynalı deputat elan etdi: “Ölkədə vətəndaş müharibəsi olacaq”


Ukraynada vətəndaşları səfərbər etməyin zorakı üsulları ölkəni vətəndaş müharibəsinə sürükləyir.

Turkustan.az xəbər verir ki, bunu ukraynalı deputat Aleksandr Dubinski özünün Teleqram kanalında yazıb.

“Öz ətrafına zəngin, silahlı və prinsipsiz insanları cəmləşdirərək, özünü lider elan edən şəxs Ukraynanı vətəndaş müharibəsinə aparır”, - o vurğulayıb.

Dubinski qeyd edib ki, adi ukraynalı üçün özünü qorumaq məsələsi Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq deyil, hadisələrin bu cür inkişafından qaçmaqdır. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ