Rusiyada hələ də Sovet İttifaqının dağılmasını həzm edə bilmirlər. Rusiyalı siyasətçilər Mixail Qorbaçovu SSRİ-nin dağılmasında əsas günahkar hesab edirlər.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də bu mövzuda danışıb. Rusiya parlamentinin sədri bildirib ki, SSRİ-ni hakim partiyadakı satqınlar dağıdıb:
“Sovet İttifaqının dağılmasına imkan verən satqınlarının adları çəkiləndə onların haradan gəldiyi ilə bağlı heç kim maraqlanmır. Böyük xəyanət baş verdi partiya xalqı unutdu. Buna səbəb dövlətin üst qatlarındakı təbəqələşmə idi”, – deyə Volodin bildirib. Dövlət Dumasının sədri daha sonra qeyd edib ki, onun ölkəsi Çar Rusiyası və SSRİ-dən də möhtəşəm dövlətə çevriləcək. Açığı Volodinin nəyə eyham vurması maraq doğurur. Üç ilə yaxındır Ukrayna bataqlığından çıxa bilməyən Rusiya “itirdiklərini” qaytarmaq üçün çalışsa da bu sadəcə mümkün deyil. Bunu Putin də, Volodin də yaxşı bilir. /konkret.az/