Avstraliya yerli müdafiə sənayesini gücləndirməyi və raket istehsalını artırmağı planlaşdırır. Hökumətin 10-14 milyard dollarlıq yardımı müzakirə edilir.
Turkustan.az xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, 2024-cü il üçün Avstraliya Güdümlü Silahlar və Partlayıcı Sursatlar (GWEO) Planı açıqlanıb.
Açıqlamada bildirilib ki, plan Avstraliyada raket istehsalının artırılmasını və qarşıdakı 10 il ərzində uzaq mənzilli zərbə qabiliyyətinin inkişaf etdirilməsini nəzərdə tutur.
Hökumətin bu planı 10-14 milyard dollar sərmayə ilə dəstəklədiyi bildirilən açıqlamada nazirliyin yerli müdafiə sənayesini gücləndirmək üçün çalışdığı vurğulanıb.
Məsələ ilə bağlı qiymətləndirməsi şərhdə yer alan Avstraliya Müdafiə Naziri Riçard Marles, bu planın Baş nazir Entoni Albanesenin vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini göstərdiyini vurğulanıb.
Avstraliya Müdafiə Qüvvələrinin təxminən 18 ay ərzində uzun mənzilli zərbə imkanlarını genişləndirməkdə və sürətləndirməkdə əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirən Marles, planın Avstraliya ordusunun təhlükəsizliyini qoruya biləcək inteqrasiya edilmiş bir gücə çevirməyin vacib bir hissəsi olduğunu söyləyib.
Avstraliyanın Müdafiə Sənayesi Naziri Pat Conroy, Kanberrada Milli Mətbuat Klubunda verdiyi açıqlamada, ölkəsinin "daha çox raketlərə ehtiyacı"nı ABŞ və Çin arasındakı rəqabətlə əlaqələndirdi.
Bu rəqabətin Hind-Sakit Okean bölgəsində "ən kəskin" halına gəldiyini ifadə edən Conroy, raket texnologiyasının onilliklər ərzində xüsusilə dəqiq rəhbərlik imkanları ilə inkişaf etdiyini xatırladıb.
"Təhlilçilər indi yeni Hind-Sakit okean raket dövrünün astanasında olduğumuza inanırlar" dedi Conroy.
Raketlərin verəcəyi zərərlə yanaşı bir çəkindirici xüsusiyyətə də sahib olduğunu qeyd edən Conroy, "Avstraliyaya qarşı qarşıdurmaların və ya güc tətbiq edərək təzyiq cəhdlərinin qarşısını almağa çalışa bilərik və bu yolla regional təhlükəsizliyə töhfə verə bilərik" dedi.
Eltac Zülfüqaroğlu/Turkustan.az