Rusiya energetika nazirinin müavini Yevgeni Qrabçak həddindən artıq elektrik istehlakı səbəbindən ölkənin bəzi regionlarında kriptovalyuta istehsalının qadağan ediləcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Qrabçak paytaxt Moskvada keçirilən “RBK Tech Forum” tədbirindəki çıxışında Rusiyanın bəzi bölgələrində elektrik kəsiri olduğunu bildirib.
Sözügedən bölgələrin Uzaq Şərq və Sibirin cənubunda olduğunu izah edən Qrabçak, "Əgər mədənçilik rəqəmsallaşmanın öncüsüdürsə, yaxın gələcəkdə bəzi bölgələrdə mədənçilik işlərinin dövlət səviyyəsində qadağan edilməsi planlaşdırılır" dedi.
Qrabçak, kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyi bölgələrin elektrik təchizatının 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artmayacağını bildirib.
Kriptovalyutanın mədənçiliyinin leqallaşdırılması Rusiya prezidenti Vladimir Putin tərəfindən avqustun 8-də təsdiqlənib.
Fərmana əsasən, Rusiya hökumətinin müəyyən etdiyi fiziki şəxslər və şirkətlər, müəyyən edilmiş enerji sərfiyyatı limitlərini aşmamaq şərti ilə noyabrın 1-dən kriptovalyutaları hasil edə biləcəklər.
Eltac Zülfüqaroğlu/Turkustan.az