Netanyahunun PUA təşvişi: Toya hücum ola bilər


İsrailin baş naziri Binyamin Netanyahunun oğlunun gələn ay keçirilməsi planlaşdırılan toyunun davam edən qarşıdurmalar və pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən təxirə salınmasını istədiyi bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN qeyd edib ki, Netanyahunun kiçik oğlu Avnerin toyunun noyabrın 26-da keçirilməsi planlaşdırılır. Təl-Əvivə yaxın bir bölgədə keçirilməsi planlaşdırılan toy mərasiminin təxirə salınmasının gündəmdə olduğu bildirilib.

Planlaşdırılan tədbirin iştirakçılar üçün risk yarada biləcəyi irəli sürülüb. Bildirilib ki, Netanyahunun davam edən münaqişələr və İHA təhlükəsi səbəbindən oğlunun toyunu təxirə salmaq istəyib.

Oktyabrın 19-da Livandan buraxılan PUA İsrailin şimalındakı Qeysəriyyə şəhərində Netanyahunun iqamətgahını vurub. Hücum zamanı Netanyahu və həyat yoldaşı Saranın evdə olmadığı açıqlansa da, evin yataq otağının pəncərəsinə kiçik ziyan dəyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ