Ukrayna ordusu Rusiyanın Kursk vilayətində Şimali Koreya qüvvələrinin yerləşdiyi mövqelərə artilleriya zərbələri endirib.
Turkustan.az xəbər verir ki, bu barədə “El Pais” Ukraynanın hərbi mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda zərbələr nəticəsində itkilərin olduğu qeyd olunur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Kursku 40 minə yaxın hərbçi müdafiə edir. Şimali Koreya hərbçilərinin qatılması ilə bu kontingentin sayı sayı təxminən 25 faiz artıb. Mənbə qeyd edir ki, bu, daha təcrübəli hərbçilərin başqa istiqamətlərə köçürülməsinə imkan verəcək.
Ukrayna hərbçilərinin fikrincə, koreyalılar döyüş meydanında öz mövqelərini müdafiə etməyə hazır deyillər. /teleqraf.com/