NASA oktyabrın 26-da Günəşdə güclü partlayışı çəkdiklərini açıqladı. Bildirilib ki, partlayış bütün dünyada radiosiqnallarda, naviqasiya sistemlərində və elektrik şəbəkələrində pozulmalara səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəşdə daha bir partlayışın qeydə alındığını açıqlayıb.
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) 26 oktyabr 2024-cü il tarixində saat 10:19-da zirvəyə çatan güclü günəş alovunu qeyd etdi. Bildirilib ki, partlayış bütün dünyada radiosiqnallarda, naviqasiya sistemlərində və elektrik şəbəkələrində pozulmalara səbəb ola bilər.
Bildirilib ki, orbitdəki astronavtlar və kosmik gəmilər üçün də təhlükə yaradan partlayış X1.8 sinifinə aiddir.
İntensivliyinə görə təsnif edilən partlayışlarda 'Class X' ən güclü partlayış hesab olunur. Bu cür partlayışlar rabitə, GPS və elektrik şəbəkələrində fasilələrə səbəb ola bilsə də, günəş alovları astronavtlar və kosmik gəmilər üçün radiasiya riski də yaradır.
Eltac Zülfüqaroğlu/Turkustan.az