Qazaxıstan Rusiyaya yardımdan imtina etdi


Qazaxıstan hakimiyyəti Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün ölkə ərazisindən istifadəsinin əleyhinədir.

Turkustan.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və bu ölkəyə qarşı sanksiyalara qoşulmayıb. Həmçinin istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə edilsin”, – Vasilenko vurğulayıb.

Onun sözlərinə görə, Astananın mövqeyi bütün maraqlı tərəflər üçün məlum və başadüşüləndir, buna həm Rusiya, həm də Qərbdə anlayışla yanaşılır. Vasilenko vurğulayıb ki, sanksiyalardan yayınmamaq üçün bütün lazımi tədbirlər görülür, Qazaxıstan ikinci dərəcəli sanksiyaların tətbiq olunmasını istəmir./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ