“Şimali Koreya qoşunları Ukraynaya girərsə” - “Bu, ABŞ üçün qırmızı xətt olmalıdır”


Şimali Koreya qoşunlarının Rusiya-Ukrayna müharibəsinə cəlb edilməsi perspektivi ABŞ-də ciddi əks-səda doğurub.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Maykl Törner bu məsələ ilə bağlı ABŞ administrasiyasından qəti addımlar atmasını tələb edib.

Törner deyib ki, əgər Şimali Koreya ordusu Rusiya və Ukrayna arasındakı müharibədə iştirak edərsə, ABŞ “birbaşa hərbi əməliyyat” variantını nəzərdən keçirməlidir.

Törner hesab edir ki, ABŞ Prezidenti Co Bayden və Vitse-prezident Kamala Harrisin administrasiyası “Şimali Koreya qoşunlarının bu münaqişəyə girməsinin ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir”: “Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisinə daxil olarsa, Birləşmiş Ştatlar Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar aparmaq barədə ciddi düşünməlidir”. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ