ABŞ-dan sızan sənədlər İsrailin hücumunu təxirə saldı


İngiltərədə çıxan “The Times” qəzetinin kəşfiyyat mənbəsinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail ABŞ-dan sızan məxfi sənədlərə görə İrana hücumunu təxirə salmalı olub.

Turkustan.az xəbər verir ki, İsrailin İrana hücum hazırlığını ortaya qoyan ABŞ-dan sızan sənədlərin mediada paylaşılmasından sonra İsrailin hücumu təxirə salmalı olduğu iddia edilib.

İngiltərədə çıxan “The Times” qəzetinin kəşfiyyat mənbəsinə əsaslanaraq verdiyi xəbərə görə, İsrailin silah istehsalına dair sənədlərin sızmasından sonra Təl-Əviv İrana hücumunu təxirə salmalı olub.

İngilis mətbuatına danışan mənbə, "ABŞ sənədlərinin sızması bəzi strategiya və komponentlərin dəyişdirilməsi zərurətindən ötəri hücumu gecikdirdi" dedi və əlavə etdi: "Bir cavab olacaq, lakin olması lazım olduğundan daha uzun sürdü. "

O, bəyan edib ki, İsrail başqa planı həyata keçirib, lakin o, hazırlıq mərhələsindədir.

İran oktyabrın 1-də 200-dən çox raketlə İsrailə böyük zərbə endirib. İsrailin müdafiə naziri Yaov Gallant bu hücuma "təəccüblü və ölümcül" cavab veriləcəyini bildirib.

Middle East Spectator tərəfindən 18 oktyabrda Telegram-da paylaşılan və ABŞ kəşfiyyatına aid olduğu bildirilən 15-16 oktyabr tarixli sənədlər diqqət çəkib.

İranla əlaqəli Telegram hesabında edilən paylaşımda, “ABŞ kəşfiyyatından bir mənbə, İsrailin hazırlıqlarını təfərrüatlandıran Milli Yer Məkan Kəşfiyyat Agentliyinə aid 15-16 oktyabr tarixli son dərəcə həssas və çox məxfi ABŞ kəşfiyyat sənədini bizimlə paylaşdı”.

Sənədlərdə İsrailin silah toplaması, hücum imkanları, “İsrail nüvə silahından istifadə etməyəcək” kimi məlumatlar paylaşılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ