Ərdoğan BRİKS sammitində rus dilində danışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS sammitini tərk edib. O, hava limanına getməzdən əvvəl beynəlxalq tədbirin iştirakçılarına rus dilində təşəkkürünü bildirib.

Turkustan.az xəbər verir ki, Türkiyə prezidentini təyyarəyə Tatarıstan rəhbəri Rüstəm Minnixanov müşayiət edib.

Bundan əvvəl mediada Ərdoğanın Ankarada baş verən terror aktı ilə əlaqədar BRİKS sammitini vaxtından əvvəl tərk edəcəyi barədə məlumatlar yayılmışdı. Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı türkiyəli həmkarına şəxsən başsağlığı verib.

Xatırladaq ki, Ankarada terror aktı oktyabrın 23-də baş verib. “Tusas” milli aerokosmik şirkətinin qərargahında partlayış və hücum olub.

Son məlumatlara görə, faciə nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb./publika.az


MANŞET XƏBƏRLƏRİ